Çavuşoğlu: "Terrorçuları sərhədlərimizdən təmizləyəcəyik"

15 Fevral 2019 16:48 (UTC+04:00)

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu terrorla bağlı mühüm açıqlama verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Çavuşoğlu deyib: “İndiyədək Afrində, "Fırat Qalxanı" əməliyyatında İŞİD, PKK və digər terrorçuları necə təmizlədiksə, bundan sonra da terrorçuları elə təmizləyəcəyik. Bundan sonra YPG, PKK terrorçuları sərhədlərimizdən kənara çıxaracağıq. Bunun başqa alternativi yoxdur”.