İspaniyada erkən parlament seçkiləri aprel ayında keçiriləcək

15 Fevral 2019 15:59 (UTC+04:00)

İspaniyanın Baş naziri Pedro Sançez ölkədə erkən parlament seçkilərinin cari ilin aprelin 28-də keçiriləcəyini açıqlayıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, qərar, İspan parlamentinin aşağı palatasının hökumət tərəfindən təklif olunan cari ilin dövlət büdcəsi layihəsini qəbul etməməsindən sonra qəbul edildi.