Naibə Allahverdiyeva iynədən şoka düşdü VİDEO

15 Fevral 2019 16:02 (UTC+04:00)

Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, aktrisa bu haqda özü xəbər yayaraq bildirib ki, vurdurduğu iynədən şoka düşüb: "Əsəblərimlə və qan təzyiqimlə əlaqədar xəstəxanaya getdim. Həkim sistem yazdı, etdirdim. Evə gələndən sonra hiss etdim ki, üşütmə gəlir. Bütün bədənim şişməyə, ağrımağa başladı. Şoka düşdüm. Təcili yardımla məni xəstəxanaya çatdırdılar".