"Neftçi" "Şerif"in futbolçusunu transfer edib - VİDEO

15 Fevral 2019 14:53 (UTC+04:00)

"Neftçi" yeni transferini reallaşdırıb. SİA-nın məlumatına görə, "ağ-qaralar" Moldovanın "Şerif" klubunun futbolçusu Petru Rakunu heyətinə qatıb. 32 yaşlı müdafiəçi ilə müqavilənin detalları barədə məlumat verilmir.

Qeyd edək ki, P.Raku Moldova yığmasının da üzvüdür.