Elmi fəaliyyətin maliyyələşdirilməsi ilə bağlı qaydalar təsdiqləndi

15 Fevral 2019 09:08 (UTC+04:00)

Nazirlər Kabineti “Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edib. SİA xəbər verir ki, sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

“Elmi fəaliyyətin proqram məqsədli maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydaları” təsdiq edilsin", - deyə sənəddə bildirilir.