Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Rusiyaya casusluq edib?

15 Fevral 2019 04:03 (UTC+04:00)

Belçika hərbi əks-kəşfiyyatının rəhbəri Klement van de Vord müvəqqəti olaraq vəzifəsindən azad edilib. Trend-in məlumatına görə, mayor Rusiyanın xeyrinə məxfiliyin pozulmasında şübhəli bilinir. Van de Vordun ADIV-dəki (Baş İnformasiya və Təhlükəsizlik Xidməti) ofisinin hələ yanvarın sonunda möhürləndiyini, özünün isə ev dustağı edildiyi bildirilir.

Əks-kəşfiyyatın rəhbərinin Rusiya ilə mümkün əlaqəsi barədə təfərrüatlar açıqlanmır.