2019-cu ilin yanvarında Antalyaya 1000 azərbaycanlı turist səfər edib. Trend-in məlumatına görə, bu göstəricinin 2018-ci ilin yanvar ayı ilə müqayisədə 39 faiz çox olduğu bildirilir. Ümumilikdə, yanvar ayı ərzində Antalyaya 135 ölkədən 142,3 min turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,8 faiz çoxdur.
Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.