Lavrov: "ABŞ beynəlxalq prinsipləri pozmağa çalışır"

13 Fevral 2019 01:03 (UTC+04:00)

"ABŞ Fələstin-İsrail münaqişəsi ilə bağlı beynəlxalq prinsipləri pozmağa çalışır." Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu münaqişənin həll yoluna qoyulmasında başlıca problem məhz ABŞ-dır:

“Vəziyyət olduqca böyük narahatlıq yaradır. ABŞ beynəlxalq ictimaiyyətin digər tərəflərini gözardı edərək təktərəfli olaraq mövqeyini irəli sürür”.