Köçəryana qarşı daha bir ittiham irəli sürülüb

13 Fevral 2019 00:15 (UTC+04:00)

Ermənistan Xüsusi İstintaq Xidməti həbsdə olan sabiq prezident Robert Köçəryana qarşı daha bir ittiham irəli sürüb. Bu barədə “RİA Novosti” məlumat yayıb. Sabiq prezidentin vəkillərinin bildirdiyinə görə, sabiq dövlət başçısı külli miqdarda rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, R.Köçəryan 2008-ci ildə ölkədə Konstitusiya quruluşunu zorla dəyişdirməkdə ittiham olunaraq ötən il həbs olunub.