Qətər əmiri Səudiyyənin təklifini rədd edib

12 Fevral 2019 22:46 (UTC+04:00)

Qətər əmiri Şeyx Təmim Səudiyyə Ərəbistanında təşkil ediləcək Körfəz ölkələri Əməkdaşlıq Şurasının 39-cu iclasında iştirakdan imtina edib. Axar.az xəbər verir ki, Səudiyyəyə səfər edəcək qətərli rəsmilər arasında əmir olmayacaq. Ölkəni xarici əlaqələr üzrə dövlət katibi Sultan bin Saadın təmsil edəcəyi bildirilib.

Qeyd edək ki, Səudiyyə kralı Salman bin Əbdüləziz sammitdə iştirakdan dolayı Şeyx Təmimə məktub ünvanlamışdı.