Rusiyalı senator: "Taliban Rusiya üçün təhlükə deyil"

12 Fevral 2019 23:44 (UTC+04:00)

"Taliban Rusiya üçün təhlükə təşkil etmir." Axar.az xəbər verir ki, bu açıqlama ilə rusiyalı senator Frants Klintseviç çıxış edib. O bildirib ki, Taliban getdikcə siyasi təşkilata çevrilir: “Onlara yalnız Əfqanıstanın daxili siyasi hakimiyyəti maraqlıdır. Ölkədən kənarda baş verənlər onlara maraqlı deyil. Nə bizim ölkəyə, nə də Mərkəzi Asiya ölkələri üçün Taliban təhlükə yaratmır”.