"İdman Azərbaycan" telekanalında yeni baş direktor kim olacaq?

12 Fevral 2019 21:14 (UTC+04:00)

"İdman Azərbaycan" telekanalının baş direktoru vəzifəsində dəyişiklik olacaq. Azerifootball.com saytı xəbər verir ki, tanınmış şərhçi Siyavuş Əliyev bundan sonra kanala rəhbərlik edəcək. O, bu vəzifədə Fərman Orucovu əvəzləyəcək. S.Əliyev uzun illərdir ki, "İdman Azərbaycan"da şərhçi, baş redaktorun müavini kimi çalışır.

Təyinatın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.