“Borussiya” ciddi itkilərlə üzləşib

12 Fevral 2019 20:14 (UTC+04:00)

Futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ilk oyununda Almaniyanın “Borussiya” klubunun 4 futbolçusu iştirak etməyəcək.

Belə ki, Dortmund təmsilçisi İngiltərənin “Tottenhem” klubuna qarşı oyunda hücumçular Marko Reus, Pako Alkaser, yarımmüdafiəçi Yulian Vayql və müdafiəçi Lukaş Pişekin xidmətlərindən yararlana bilməcəyək. Belə ki, Marko Reus Almaniya kubokunun dörddəbir final mərhələsində “Verder”lə görüşdə zədələnib. Həmçinin Lukaş Pişek də ayağından aldığı zədəyə görə meydana çıxa bilməyəcək. Pako Alkaser və Yulian Vayql isə xəstəlikləri səbəbindən matçda iştirak etməyəcəklər.

Qeyd edək ki, “Borussiya Dortmund”-“Tottenhem” qarşılaşması fevralın 13-də baş tutacaq.