Putin Türkiyə Prezidentinə başsağlığı verib

12 Fevral 2019 16:30 (UTC+04:00)

Rusiya Dövlət Başçısı Vladimir Putin İstanbulda yaşayış binasının dağılması nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. SİA "Anadolu"ya istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Ankara səfirliyinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

"Vladimir Putin Tayyib Ərdoğana hadisə nəticəsində ölən insanların yaxınlarına və yoldaşlarına başsağlığı verib, yaralananlara təcili şəfalar diləyib", məlumatda deyilir.

İstanbulun Kartal rayonunda 8 mərtəbəli binanın uçması nəticəsində 21 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisənin səbəbi hələ müəyyənləşdirilməyib.