XVI turun rəmzi komandası açıqlanıb

12 Fevral 2019 14:40 (UTC+04:00)

Fevralın 12-də Topaz Premyer Liqasının XVI turunun rəmzi komandasına daxil edilən futbolçuların adları açıqlanıb. SİA-nın məlumatına görə, ilk onbirliyə “Qarabağ”ın 5, “Qəbələ”nin 3, “Zirə”nin 2, “Neftçi”nin isə 1 üzvü daxil edilib.

Rəmzi komandada Səlahət Ağayev (“Neftçi”), Donald Gerye, Bədavi Hüseynov, Maksim Medvedev (hər üçü - “Qarabağ”), Voislav Stankoviç (“Qəbələ”), Filip Ozobiç, Riçard Almeyda (“Qarabağ”), Tellur Mütəllimov (“Zirə”), Davit Volkovi (“Qəbələ”), Xulio Sezar Rodriges (“Zirə”) və Rauf Əliyev (“Qəbələ”) yer alıblar.