Nikola Yurçeviç AFFA ilə müqaviləsinin müddətini açıqlayıb

12 Fevral 2019 13:20 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, AFFA xorvatiyalı mütəxəssis Nikola Yurçeviçi milli komandaya baş məşqçi təyin edib. SİA-nın məlumatına görə, çalışdırıcının Bakı Olimpiya Stadionunda təqdimetmə mərasimi keçirilir. Yurçeviç jurnalistlərə açıqlamasında federasiya ilə 1 illik müqavilə bağladığını deyib: "AFFA ilə 1 illik müqavilə imzalamışam. İlin sonunda danışıqlar aparacağıq".