Millimizin baş məşqçisinin köməkçilərindən biri müəyyənləşib

12 Fevral 2019 13:14 (UTC+04:00)

Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçin köməkçilərindən biri bəlli olub. SİA-nın məlumatına görə, 52 yaşlı mütəxəssisə həmyerlisi Mario Tokiç köməklik edəcək. Yurçeviç Tokiçlə Zaqreb "Dinamo"sunda birgə çalışıb. Bundan əlavə, daha bir məşqçi xorvatiyalı olacaq. İki məşqçi isə azərbaycanlı olacaq.

43 yaşlı Tokiç Xorvatiyanın "Lokomotiva" klubunda baş məşqçi olub.