“Saytlara maliyyə ayrılması artıq günün tələbinə çevrilib” ÖZƏL-MÜNASİBƏT

12 Fevral 2019 14:22 (UTC+04:00)

“Saytlara maliyyə ayrılması artıq ciddi şəkildə günün tələbinə çevrilib”. Bunu SİA-ya açıqlamasında İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, əməkdar jurnalist Azər Həsrət deyib.

Onun sözlərinə görə, dünya indi onlayn media üzərində köklənib: “İnternet olmadan heç bir informasiya mübadiləsindən danışmaq mümkün deyil. O baxımdan Azərbaycanın da prosesdən geri qalması doğru olmazdı. Ona görə də Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Milli Məclisdə bu məsələni dilə gətirir. Həm də düşündük ki, növbəti dəfə MŞ-da məsələni bir daha müzakirə edək, ictimaiyyətin diqqətini cəlb edək. Eyni zamanda, əlbəttə, medianın problemləri ilə ən yaxından məşğul olan bir qurum kimi dövlətin diqqətini də cəlb etməyi hədəfləyirik. Bu baxımdan MŞ hesab edir ki, artıq dövlətin maliyyə dəstəyini daha çox onlayn mediaya yönəltməyin zamanı çatıb. Təklifimiz odur ki, sayılıb-seçilən, Azərbaycanın maraq və mənafelərinə xidmət edən onlayn media vasitələrinə əlavə dəstək verilsin. Ümid edirik ki, bizim bu xoşməramlı təklifimiz yaxın vaxtlarda nəzərə alınacaq”.