Oqtay Əsədov Binəli Yıldırıma təşəkkür etdi

12 Fevral 2019 12:07 (UTC+04:00)

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırıma təşəkkür edib. SİA-nın xəbərinə görə, O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və Parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: “Qardaş ölkənin parlament sədrinə buna görə hamımızın adından təşəkkür edirik”.

Daha sonra Oqtay Əsədov deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyini münasibətilə təbrik edib.