Anbardan 4 kiloqram marixuana aşkarlandı

12 Fevral 2019 11:47 (UTC+04:00)

Lənkəran şəhər Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Girdəni kənd sakini P.Hüseynov saxlanılıb. DİN-in Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 10 qramdan artıq marixuana aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun iş yerindəki anbardan gizlətdiyi əlavə 4 kiloqram 750 qram marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.