Əbdül Xalid kimi "yıxıb-sürüdü"? VİDEO

12 Fevral 2019 12:18 (UTC+04:00)

Müğənni Əbdül Xalid verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı onun "Mashup"ını uğursuz adlandıranları "yıxıb-sürüyüb": "Prodüserim Nicata bildirdilər ki, müəyyən qədər məbləğ ver, "Mashup"ınızı 2 milyon baxış sayı edək. Bir çoxları "Mashup"larını aldadıcı baxış sayına qaldıraraq efirlərə çıxıb 5 milyon insan tərəfindən dinləndiyini bildirirlər. Nə oldu camaat gecə yatmayıb həmin ifaçıların mahnılarına qulaq asırlar? Bununla nə əldə edirlər, anlamıram".

Əbdül Xalid DJ Roşkadan da söz açıb: "Roşkanın Dj kimi fəaliyyəti təqdirəlayiqdir. Amma o, aranjemançı deyil. DJ Roşka musiqinin nə olduğunu bilmir. Sözügedən şəxs kiməsə "Mashup" elətdirib, öz adına çıxartmasın. Zamanında Siyavuş Kərimi də aranjemançı olub, indi DJ Roşka da həmin işi yerinə yetirir. Siyavuş Kərimini ilə DJ Roşkanın iş səviyyəsi eynidir? Bu nə dərəcədə düzgündür?"