"OPEK neft qiymətlərini müəyyənləşdirməklə məşğul deyil"

12 Fevral 2019 09:43 (UTC+04:00)

OPEK neftin qiymətini təyin etmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Təşkilatın baş katibi Məhəmməd Barkindo OPEK neftinin tədarükünün azaldılmasına yönələn qanun layihəsini təsdiqləyən Nümayəndələr Palatası Komitəsinin qərarına şərh edərkən deyib.

"OPEK nə kartel deyil, nə də neft qiymətlərinin müəyyənləşdirilməsində iştirak edir. Bu səbəbdən bizi günahlandırmaq səhv olar", - deyə Barkindo Qahirədə keçirilən enerji forumu çərçivəsində çıxışında deyib.

OPEK və Rusiya da daxil olmaqla təşkilata daxil olmayan ölkələrin İttifaqı olan OPEC + 2019-cu ildə qiymətə təsir göstərəm amillərin qarşısını almaq üçün 2019-ci ildə neft hasilatını azaldır. Analoji fəaliyyət 2017-ci ildən başlayıb.

"OPEK, açıq şəkildə, şəffaf bir quruluşdur və investorların əsas tələbi olan balansın sürətlə davam etdirilməsində neft bazarlarına kömək etməyə yönəldilmiş bir təşkilatdır", - deyən Barkindo əlavə edib: "Beynəlxalq neft sənayesinin neftin gələcək tədarükünü təmin etmək, investisiya etmək üçün bazar sabitliyinə ehtiyacı var".