Oteldə yanğın 17 nəfər öldü

12 Fevral 2019 09:05 (UTC+04:00)

Hindistanın paytaxtı Dehli şəhərində oteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zərərçəkənlərin sayı isə 3 nəfər olub.

Bundan əvvəl 9 nəfərin öldüyü bildirilirdi. Məlumata görə, hadisə nəticəsində 34 nəfər xilas edilərək xəstəxanalara çatdırılıb.

Oteldə yanğın gecə saatlarında baş verib. Polisin məlumatına görə, ölənlərin əksəriyyəti boğulmadan dünyasının dəyişib. İki nəfər isə yanğından xilas olmaq üçün özünü pəncərədən çölə atarkən həyatını itirib.