İngiltərə hərbi gəmisi Sakit okeanda?

12 Fevral 2019 01:02 (UTC+04:00)

Kraliça Yelizavetanın adını daşıyan yeni təyyarədaşıyan gəminin Sakit okeana göndəriləcəyini bildirib. Axar.az xəbər verir ki, bu barədə İngiltərənin Müdafiə naziri Qevin Uilyamson məlumat verib.

Nazir gəmidə İngiltərə və ABŞ-ın F35 təyyarələrinin daşınacağını qeyd edib. Uilyamsonun sözlərinə görə, bu addım ölkəsinin hərbi gücünü artırmaqla yanaşı, İngiltərə və ABŞ-ın yaxın müttəfiqlər olduğunu bir daha sübut edəcək. Qeyd edək ki, gəminin 2021-ci ildə Sakit okean sularına daxil olması nəzərdə tutulur.