İstanbulda hərbi helikopter qəzaya uğrayıb

12 Fevral 2019 00:02 (UTC+04:00)

İstanbulun Çekməköy rayonunda hərbi helikopter qəzaya uğrayaraq yaşayış kompleksinin ərazisinə düşüb. AZƏRTAC xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili yardım əməkdaşları və xilasedicilər cəlb olunub. Qəza ilə bağlı araşdırma aparılır.