Xətaidə 4 otaqlı ev yanıb

11 Fevral 2019 23:36 (UTC+04:00)

Bakının Xətai rayonunda ümumi sahəsi 60 kv.m olan kürsülü, birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.