Tbilisi üzərində hava məkanı müvəqqəti bağlanacaq

11 Fevral 2019 21:06 (UTC+04:00)

Gürcüstanda keçiriləcək hərbi təlimlərlə əlaqədar fevralın 15-dən 20-dək hər gün müxtəlif saatlarda Tbilisi üzərində hava məkanı mülki təyyarə və helikopterlər üçün bağlanacaq. Bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyi məlumat yayıb. Məlumata görə, hava məkanı fevralın 15-də, 17-də və 18-də saat 10:00-dan 11:30-dək və 15:30-dan 17:00-dək, fevralın 16-da və 19-da saat 10:00-dan 11:30-dək və 13:00-dan 14:30-dək, fevralın 20-də isə 10:00-dan 11:30-dək və 14:30-dan 16:00-dək bağlı olacaq.

Bu barədə NOTAM (Notice To AirMen) agentliyinin saytında da məlumat yerləşdirilib.