“Çelsi” Mauritsio Sarriyə qapını göstərəcək?

11 Fevral 2019 21:17 (UTC+04:00)

“Çelsi”nin baş məşqçisi Mauritsio Sarri istefaya göndərilə bilər. İtaliyanın “Sport Mediaset” telekanalının yaydığı xəbərə görə, hazırda klub daxilində bu məsələ müzakirə olunur.

Dünən İngiltərə Premyer Liqasının 26-cı turunda “Mançester Siti”yə 0:6 hesablı məğlubiyyət rəhbərliyin ciddi narazılığına səbəb olub. Əgər italiyalı mütəxəssis qovulsa, komandanın sükanı arxasına mövsümün sonunadək hazırda Sarrinin köməkçisi olan Canfranko Zola gətiriləcək. Qeyd edək ki, Sarri bu mövsümün əvvəlindən “Çelsi”ni çalışdırır.