Mirça Luçesku istefaya göndərilib

11 Fevral 2019 19:16 (UTC+04:00)

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Mirça Luçesku istefaya göndərilib. Federasiya 74 yaşlı rumıniyalı mütəxəssisin bu ilin iyun ayına qədər olan müqaviləsinə qarşılıqlı razılaşma yolu ilə xitam verib. "Ay-ulduzlular"ın "Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşə tapışırılacağı bildirilir.

Qeyd edək ki, 2017-ci ildən Luçeskunun rəhbərliyi atlında çıxış edən milli 17 oyunun 4-də qalib gəlib, 6-da heç-heç edib, 7 görüşdə uduzub.