Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb. SİA xəbər verir ki, Sərəncama əsasən, iki nəfərə general-mayor ali hərbi rütbəsi verilib.
polkovnik Şahvələd İsmayıl oğlu Əliyevə
polkovnik Yusif Həsən oğlu Mirzəyevə.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə xidməti vəzifələrini və qarşıda qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə aşağıdakı hərbçilər təltif olunublar.
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant
Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.