"Neftçi”nin qapıçısı zədələnib

11 Fevral 2019 17:32 (UTC+04:00)

"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib. SİA-nın məlumatına görə, 29 yaşlı əlcək sahibi son məşqlərdən birində daban oynağından zədə alıb. Həkimlərin rəyinə görə, Aqil Məmmədov 3-4 həftə müalicə olunacaq. Qolkiper yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, təcrübəli qapıçı bu ilin yanvarında "Neftçi”yə transfer olunub.