Azərbaycanlı atlet beynəlxalq turnirdə birinci olub

11 Fevral 2019 15:38 (UTC+04:00)

Azərbaycanlı atlet Nazim Babayev Fransanın Metz şəhərində keçirilən beynəlxalq elit turnirin qalibi adını qazanıb. SİA-nın məlumatına görə, Azərbaycan Atletika Federasiyasından bildiriblər ki, turnirdə N.Babayev üçtəkanla tullanma yarışında 16,67 metr nəticə ilə birinci yeri tutub. O, bu nəticə ilə fransalı atlet Mamadu Dia Çerif (16,09 metr) və belaruslu Dimitri Platinskini (15,87 metr) qabaqlayıb.