Mövsümün 150-ci qolu, Eminin ilk dublu

11 Fevral 2019 15:14 (UTC+04:00)

Topaz Premyer Liqasında 2018/19 mövsümünün 150-ci qolu vurulub. SİA-nın məlumatına görə, bu qola “Neftçi” - “Keşlə” qarşılaşmasında hesabı açan Emin Mahmudov imza atıb.

Xatırladaq ki, mövsümdə ilk qolu I turun “Sumqayıt”la oyununda (2:0) “Neftçi”nin futbolçusu Mirabdulla Abbasov, 50-ci qolu “Səbail”lə VI turda (4:0) onun komanda yoldaşı Dario Frederiko vurub. 100-cü top isə XI turun “Qəbələ” - “Qarabağ” görüşündə (1:3) hesabı açan meydan sahiblərinin futbolçusu Ceyms Adeniyinin aktivinə yazılıb.

Qeyd edək ki, “Keşlə” ilə qarşılaşmada komandasının hər iki qoluna imza atan E.Mahmudov karyerasında ilk dublu rəsmiləşdirib.