“European Cup 2019”da Azərbaycanın 8 cüdoçusu mübarizə aparacaq

11 Fevral 2019 14:56 (UTC+04:00)

Fevralın 16-da İspaniyanın Fuengirola şəhərində kadetlər arasında cüdo üzrə “European Cup 2019” turniri keçiriləcək. SİA-nın məlumatına görə, yeniyetmə oğlanların yarışlarında Azərbaycanı 8 cüdoçu təmsil edəcək.

Turnirdə 23 ölkədən 374 (232 oğlan, 142 qız) cüdoçu medallar uğrunda mübarizə aparacaq.