“YARAT”da ustad dərsləri keçiriləcək

11 Fevral 2019 12:52 (UTC+04:00)

Fevralın 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində gənc və istedadlı rəqqas Fərid Kazakovun iştirakı ilə xoreoqrafiya və gimnastikaya həsr edilmiş ustad dərsləri keçiriləcək. SİA-nın məlumatına görə, dərslərin birinci hissəsi, gimnastika və xoreoqrafiya ilə məşğul olmaq üçün, bədən elastikliyini inkişaf etdirmək, əzələlərin dartılması (isinmə hərəkətləri) və onların gücləndirilməsi təlimlərini özündə birləşdirən bir sıra əsas məşğələlərdən ibarət olacaq. İştirakçılar bədənin plastikasını yaxşılaşdırmaq üçün baza elementləri və tapşırıqları mənimsəməklə yanaşı, rəqs vasitəsilə özlərini ifadə etməyi öyrənəcəklər. Ustad dərsin ikinci hissəsində Fərid Kazakov klassik balet, müasir və gimnastika rəqslərinin daxil olduğu repertuardan nömrələr nümayiş etdirəcək.