2 kiloqramdan artıq tiryək aşkar edilib

11 Fevral 2019 12:39 (UTC+04:00)

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının paytaxtın Yasamal rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri həyata keçirilblər. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əməliyyat nəticəsində saxlanılan Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İ.Vəliyevdən çəkisi 1 kiloqramdan artıq heroin və 2 kiloqramdan artıq tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq və əməliyyat tədbirləri aparılır.