Meryem Uzerlinin ərəb sevgilisi FOTOLAR

11 Fevral 2019 14:18 (UTC+04:00)

Qızı Lara ilə Almaniyada yaşayan Meryem Uzerli Beynəlxalq Berlin Film Festivalında iştirak edən Hollivud prodüseri Mohammed Al Turki ilə görüşüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 32 yaşlı ərəblə yemək yeyən aktrisa fotolar çəkdirərək "İnstagram" səhifəsində paylaşıb. Onların şəkillərdəki səmimiyyəti diqqələrdən qaçmayıb. Uzun müddətdir qəlbini sevgiyə bağlayan M.Uzerlinin prodüserlə sarmaş-dolaş halda Berlin küçələrində də fotolar lentə aldırıb.

Onun sözügedən şəkilləri izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri aktrisaya "Mohammed Al Turki ilə sevgilisiniz?" kimi suallar ünvanlayıblar. Lakin o izləyicilərin suallarını cavabsız qoyub.

Həmin fotoları əqdim edirik: