“Tofiq Köçərli-90” -Sərgi

11 Fevral 2019 11:50 (UTC+04:00)

Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında AMEA-nın həqiqi üzvü, tarix elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Köçərlinin anadan olmasının 90 illik yubileyi münasibətilə “Tofiq Köçərli-90” adlı kitab sərgisi açılıb. Kitabxanadan SİA-ya verilən məlumata görə, sərgidə müasir Azərbaycan tarixinin aktual problemlərinin araşdırılması ilə ardıcıl məşğul olmuş, onlarla kitab və monoqrafiyanın, 200-dən artıq məqalənin müəllifi olan akademikin Azərbaycan və rus dilində çapdan çıxan kitabları, “Ön söz” yazdığı, redaktoru olduğu, haqqında olan kitablar və dövri mətbuat materialları nümayiş olunub.