"Barselona"nın qol seriyası qırılıb

11 Fevral 2019 11:21 (UTC+04:00)

"Barselona"nın La Liqadakı 37 oyunluq qol seriyası qırılıb. SİA-nın məlumatına görə, komanda XXIII turda "Atletik"lə səfərdə heç-heçə edib - 0:0. "Barsa" sonuncu dəfə 11 fevral 2018-ci ildə "Xetafe" ilə oyunda qol vura bilməmişdi - 0:0.

Ernesto Valverdenin baş məşqçi olduğu kollektiv La Liqada liderdir. "Barselona" 23 oyundan 51 xala malik ən yaxın izləyicisi "Real Madrid"i 6 xal qabaqlayır.