Rəqsanədən Xatuna: "Gərək üz qoyaydın..." VİDEO

11 Fevral 2019 12:24 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova proqramların birinə müsahibə verib. SİA-nın məlumatına görə, sənətçi bir vaxtlar qalmaqal yaşadığı həmkarı Xatun Əliyevanın barışıq jestinə münasibət bildirib: “Tək Xatunla deyil, heç kəslə problemim yoxdur. O vaxt Xatungil özləri məni düzgün başa düşmədilər. Özləri etdilər, mənim heç bir günahım yox idi. Aydınlaşdırmağa çalışırdım, mənə qulaq asmadılar. İncimişdim.

Hamımız müğənniyik, bizə yaraşan bir-birimizi görəndə "salam" verməkdir. Dalaşanda da elə dalaşmaq lazımdır ki, barışmağa üz qoyasan. Mənim o yaşım deyil ki, qalmaqal edəm. Bizə yaraşmır".