Beşinci işgüzar səfər

11 Fevral 2019 10:52 (UTC+04:00)

UEFA Avropa Liqası turnirinin 2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya sonuncu - 5-ci işgüzar səfəri başlayıb. SİA-nın məlumatına görə, fevralın 15-dək davam edəcək səfər proqramında UEFA-nın 57 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik, marketinq, media və sair məsələlərlə yerində tanış olacaq, fikir mübadiləsi aparılacaq.