Əsgərlikdə olan oğlundan Rozaya təsiredici məktub FOTO

11 Fevral 2019 10:20 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin kiçik oğlu Jerar əsgərliyə yollanıb. SİA-nın məlumatına görə, o, andiçmə mərasiminə qatıla bilməyən anasına məktub yollayıb.

İfaçı oğlunun ona yazdığı məktubu "İnstagram" səhifəsində paylaşaraq bu sözləri yazıb: "Canım, kiçik oğlum, Jerar. Sənin ürəyinə qurban olum. Andiçmə mərasiminə gələ bilmədim, amma sən yenə də məni düşünüb, bu şeiri yazdın. Gözüm arxada deyil, vətən uğrunda adımıza layiq qulluq et. Sən və qardaşın Corcun simasında bütün əsgərləri evdə sağ-salamat gözləyirik”.

Qeyd edək ki, müğənninin böyük oğlu Corc Qafarov da əsgərlikdədir. Roza Zərgərli onları uşaq evindən övladlığa götürüb.