Almaniya sakini lotereyada milyonlar udub

10 Fevral 2019 13:10 (UTC+04:00)

Almaniyanın Reynland-Pfals federal ərazisinin sakini Eurojackpot lotereyasında 63,2 milyon avro udub. SİA-nın verdiyi məlumata görə, bu barədə lotereya şirkəti məlumat yayıb.Qalibin kimliyi barədə ətraflı məlumat verilmir. Məlumdur ki, qalib lotereyanın beş əsas rəqəmi, həmçinin iki əlavə rəqəmi tapıb.

"Eurojackpot" lotereyası 2012-ci ildən Avropa İttifaqı ölkələrinin əksəriyyətində keçirilir. Uduşlu rəqəmlər Helsinkidə həftənin cümə günləri elan olunur.