16 il sonra birlikdə görüntüləndilər

10 Fevral 2019 00:14 (UTC+04:00)

2003-cü ildə “Sihirli annem” serialında uşaq obrazları canlandıran Zeynep Özkaya (Çilek), Cennifer Boyner (Toprak) və Gizem Güven (Ceren) ötən gün İstanbulun Nişantaşı bölgəsində görüntülənib.

Axşam.az xəbər verir ki, jurnalistlərin “16 ildir bu dostluğu necə qoruya bilmisiniz” sualına Gizem “Biz serialda bacıları canlandırırdıq, amma həyatda da bacı kimi idik. Bir-birimizdən heç qopmadıq. İndi isə “Youtube” layihəmiz var, orada birlikdəyik. Qan bağımız olmasa da, can bağımız var. Ümid edirəm ki, həmişə belə olacaq” deyə, cavab verib.