O ki, qaldı sutkalıq duz norması barədə fikirlərə. Əvvəllər sutkada 10 qr idisə, indi 5-6 qr-a endirilib. Bunu da nəzərə alın ki, marketlərdən aldığınız bir çox qida və ərzaqlarda da duz olduğu üçün siz duz normasını dəqiq bilməyəcəksiz. Qablaşdırılmış ərzaqların çoxunda isə duzun miqdarı göstərilmir.
Yüksək təzyiqdə həkimlər natriy-xlor əvəzinə xlorid-kaliy istifadə etməyi məsləhət görür. Bu duz xörək duzundan heç nə ilə fərqlənmir, amma orqanizmdə mayeni tutub saxlamır.
Xörək duzuna digər alternativ də dəniz duzudur. Bu duzu da çəkinmədən alıb istifadə edə bilərsiz.