Qərbi Kaspi Universitetinin müəllimi beynəlxalq tədqiqatda iştirak edir

8 Fevral 2019 12:39 (UTC+04:00)

Qərbi Kaspi Universitetinin Tətbiqi və Təbiət Elmləri Məktəbinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Cəfərova Türkiyədə aparılan elmi tədqiqatda iştirak edir. SİA-ya Universitetdən verilən məlumata görə, “Türkiyənin qərb sahillərində makrobentik onurğasızların müxtəlifliyində mövsümi dəyişikliklər və ekoloji keyfiyyətin göstəriciləri” adlı elmi tədqiqat işi Türkiyənin Rəcəb Tayib Ərdoğan Universitetində aparılır.

Tədqiqatda Qərbi Kaspi və Rəcəb Tayib Ərdoğan Universitetləri ilə yanaşı Mərkəzi Balıqçılıq Elmi Tədqiqat İnstitutunun, Katib Çələbi, Egey və İstanbul Universitetlərinin mütəxəssisləri iştirak edirlər.

Hazırda E.Cəfərova Türkiyədə tədqiqatların növbəti mərhələsinə qatılıb.