Zabit Səmədov "Diriliş Ertuğrul”un çəkilişlərində iştirak edib - FOTOLAR

2 Fevral 2019 12:31 (UTC+04:00)

Azərbaycanlı kikboksçu Zabit Səmədov "Diriliş Ertuğrul” serialının çəkilişlərində iştirak edib. SİA-nın məlumatına görə, "Mauqli" ləqəbli idmançımız bu barədə "Instagram"da məlumat verib.

Zabit Səmədov serialın çəkiliş meydanında tarixi geyimlərdən də istifadə edərək fotolar çəkdirib.