Gürcüstanda qızılcaya yoluxanların sayı 800-ə yaxınlaşır

27 Yanvar 2019 02:02 (UTC+04:00)

Bu ilin yanvar ayında Gürcüstanda qızılca xəstliynə 716 yoluxma halı qeydə alınıb. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəriAmiran Qamkrelidze deyib. O bildirib ki, xəstəliyə yoluxma halları ən çox Tbilisi şəhəri, Kaxeti, Sameqrelo və İmereti bölgələrində yayılıb:

Qızılcaya yoluxanların 52 faizini 20-40 yaşarası insanlar təşkil edir. Xəstəliyin yayılma dinamikası artır və yoluxmanın qarşısını almaq üçün yeganə vasitə peyvənd olunmaqdır”.

Qonşu ölkədə 0-19 yaşarası insanlar üçün qızılcaya qarşı peyvənd məcburidir. Epidemiyanın qarşısını almaq məqsədilə hökumətin qərarı əsasında peyvənd bütün vətəndaşlar üçün ödənişsiz həyata keçirilir.