Şəhidlər Xiyabanında

25 Yanvar 2019 11:21 (UTC+04:00)

Atababa İsmayıloğlu

Bəsdirin, susun yetər
Qəlbləri dağlamayın.
Şəhid məzarı üstə
Sızlayıb, ağlamayın.
Düşünməyin həyatdan
Kam almadı doyunca.
Tanrının hüzurunda
Dayanıb bizdən uca.
Sən ey, şəhid anası
O nə yasdır tutmusan,
Yaradanın əmrini
Yoxsamı unutmusan?!
Başını lap uca tut
Sən də ey, gəlin bacı!
Qismətinə pay düşüb
Şərəf, ləyaqət tacı.
Şəhid bacısısansa
Allahına dua et.
Çıxar qara paltarı
Toya get, düyünə get.
Sən ey şəhid övladı
Demə- niyə sağsan sən!
Günahım nəydi Tanrım?!
Şəhid olmadım dünən.
Niyə şəhid qanına
Mən qanımı qatmadım.
Siz mənə ağlayın ki,
O zirvəyə çatmadım.

30 yanvar 1998-ci il