Rəssamlar İttifaqında Gənclər Günü qeyd olunacaq SƏRGİ

23 Yanvar 2019 15:14 (UTC+04:00)

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Gənclər Gününə həsr edilmiş sərgi açılacaq. SİA-nın məlumatına görə, sərgi Gənclər və İdman Nazirliyi, Dövlət Rəssamlıq Akademiyası və Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Sərgidə 150 gənc fırça ustasının 200-dən çox sənət əsəri nümayiş olunacaq.

Sərginin ekspozisiyasında incəsənətin bütün janrlarında olan əsərlər yer alacaq. Dörd gün ziyarətçilər üçün açıq qalacaq sərgiyə hər kəsin baxmaq imkanı var.